Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə avtomobil qəzası nəticəsində 1 nəfərin Turquçayın Kəlbəcər rayonu, Comərd kəndi ərazisindən keçən hissəsində batması barədə məlumat daxil olub.
Bu barədə BUTA.TV-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb edilib.
Həyata keçirilən əməliyyat nəticəsində Şirvan şəhər sakini 1981-ci il təvəllüdlü Şahbazov Rəhim İbrahim oğlunun cəsədi batdığı ehtimal olunan yerdən 200 metr aralıda çaydan dalğıclar tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
- Türkiyə Gültəkin Hacıbəylini niyə Bakıya göndərmir?
- Azərbaycanda yanacaq bahalaşacaq, yoxsa ucuzlaşacaq?
- AZAL təyyarəsi qəzaya düşmədən öncə... - Yeni video
- Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı açıqlama
- Azərbaycan ABŞ-la birgə hərbi təlimdə - Video
- Qeyri-formal məşğul olan şəxslər belə müəyyən ediləcək - Nazir
- Ermənistan Qarabağ danışıqlarına dair sənədləri yayımladı
- Tiflis TIR-larımızı buraxmadı: Kobaxidzedən reaksiya