Gürcüstan Prezidenti Salome Zurabişvili hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasını siyasi qərarlarına görə “Rusiyanın arzusu” adlandırıb.
BUTA.TV TASS-a istinadən xəbər verir ki, dövlət başçısı uzun müddət neytrallığını qoruyaraq hökuməti rusiyayönlü adlandırmadığını açıqlayıb.
Onun fikrincə, əvvəllər belə dəyərləndirmələr ölkənin Avropa yoluna mane ola bilərdir.
Zurabişvili qeyd edib ki, “Gürcü arzusu” seçkiqabağı qeyri-qanuni qərarlar verir:
“Gürcüstan Avropa İttifaqına (Aİ) üzv olmaq üçün namizəd statusu aldıqdan və futbol komandası Avropa çempionatına vəsiqə qazandıqdan sonra hakim partiya yenidən cəmiyyəti parçalayan “xarici agentlər haqqında” qanun layihəsinin təşəbbüskarı olub”.
- DOST xidmətləri artıq İmişlidə
- 8 prokurorluq əməkdaşı məsuliyyətə cəlb olundu
- Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi
- Xətai rayonunda dəniz mənzərəli hazır mənzil haradan almaq olar?
- Qohumunun evinə qonaq getdi, oğurluq etdi
- Əli Əsədov daha bir qərar imzaladı
- Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edildi
- Həzi Aslanovda hazır mənzil almaq istəyənlər üçün hansı imkanlar var?