Real TV -nin rəhbəri, əməkdar jurnalist Mir Şahin xalq yazıçısının zəhərlənməsi olayına özünə məxsus reaksiya verib.
BUTA.TV bildirir ki, yanınmış televiziya jurnalisti sosial mediadakı səhifəsində bu barədə belə yazıb: -“Çingiz Abdullayev ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib”. Hələ ki bu qədər bilirik. Adının əvvəlinə heç bir təyin yazmıram. Sadəcə Çingiz Abdullayev. O zəhərlənib.
Və əslində bu xəbər təzə deyil. Neçə müddətdir ki, Çingiz Abdullayev zəhərlənirdi, onu zəhərləyirdilər.
Cahiliyyə zəhərləyirdi.
Avamlar zəhərləyirdi.
Amma diaqnoz bu günlərdə təsdiqləndi. Ç. Abdullayevi Ədəbiyyatı yox, “gədəbiyyatı” seçənlər zəhərləyirdilər. Yenə də sakitləşmirlər. Yazıçının vəziyyəti ağırdır, amma mənəvi vəziyyəti daha ağır olan “xəstələr” var ki, ondan əl çəkmirlər.
Cızmaqaragüruhçular yenidən sosial şəbəkələri öz nəfəsləri ilə zəhərləyirlər. Hətta Yazıçımıza ölüm arzulayanlar var. Bu bədbəxtlər anlamırlar ki, Çingiz Abdullayevə bu saat şəfa arzulamaq, dua etmək sadəcə vicdanlı olmaqdır.
Şərəfli olmaqdır.
İnsan olmaqdır.
Azərbaycanlı olmaqdır. Özümüzü Şərəfli- Vicdanlı- İnsan- Azərbaycanlı- olmaqdan məhrum etməyək.
İyrənc olmayaq!
- 8 prokurorluq əməkdaşı məsuliyyətə cəlb olundu
- Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi
- Xətai rayonunda dəniz mənzərəli hazır mənzil haradan almaq olar?
- Qohumunun evinə qonaq getdi, oğurluq etdi
- Əli Əsədov daha bir qərar imzaladı
- Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edildi
- Həzi Aslanovda hazır mənzil almaq istəyənlər üçün hansı imkanlar var?
- İyulun bütün sosial ödənişləri yekunlaşdırıldı