Bu tələbələrin ailələrinə hər ay 200 manat ödəniləcək

19:02 - 13 Aprel 2024 - GÜNDƏM

 Bu tələbələrin ailələrinə hər ay 200 manat ödəniləcək

Azərbaycan Respublikası Müdafiə Nazirliyi, 2024-2025-ci tədris ilinə Milli Müdafiə Universitetinin Hərbi Kollecinə tələbə qəbulu davam edir.

Azərbaycan Respublikası Müdafiə Nazirliyindən BUTA.TV-a bildirilib ki, nazirliyin Milli Müdafiə Universiteti ölkəmizdə peşəkar hərbi mütəxəssislərin yetişdirilməsi və hərbi təhsil sisteminin orta ixtisas təhsil pilləsinin genişləndirilməsi məqsədilə hərbi kolleclər və müvafiq təhsil infrastrukturu təsis edib.

Müzəffər orduda xidmət edib peşə sahibi olmaq və liderlik qabiliyyətini inkişaf etdirmək istəyən gənclər üçün uğurlu seçimdir.

Kollec peşəkar hərbçilərin təhsilini və hazırlığını təmin etmək üçün dərin və müasir təhsil proqramı təklif edir. Yeni təhsil ocağında hərbi mütəxəssislərə öz sahələrində praktiki məşğələlər təmin etmək məqsədilə ətraflı tədris imkanları da təqdim edilir. Tədris zamanı yeni nəsil silah və hərbi texnika modellərindən, trenajorlardan müasir standartlara cavab verən tədris komplekslərindən, laboratoriyalardan, təlim mərkəzlərindən maksimum bəhrələnməklə təlim-tədris proseslərinin səmərəli təşkil edilməsi nəticəsində qabaqcıl texnologiyanın imkanlarından yüksək səviyyədə istifadə edilməsi təmin edilir.

Bu xəbər hal-hazırda çox oxunur
Azərbaycan ABŞ-la birgə hərbi təlimdə - Video

Təhsil müddəti boyunca Hərbi Kollecin kursantlarına aşağıdakı aylıq ödəmələr təmin edilir:

100 manat məbləğində təqaüd;

200 manat məbləğində ailə üzvlərinə maddi yardım;

150 manat məbləğində hesabda yığılan ödəniş.

Qəbul haqqında məlumat: Hərbi Kollec peşə sahibi olmaq istəyən bütün potensial gənclərə qapılarını açır. Qəbul qaydaları və tədris prosesi ilə bağlı ətraflı məlumat almaq üçün, mmu.edu.az veb-saytına daxil olun və ya 0811 qısa nömrəsinə zəng edin.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol