Ermənistan hələlik Türkiyədən sərhədin açılması istiqamətində addımlar görmür, lakin əvvəllər əldə edilmiş razılaşmaların həyata keçiriləcəyinə ümid edir.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri, Ankara ilə danışıqlar üzrə xüsusi nümayəndə Ruben Rubinyan deyib.
Rubinyanın sözlərinə görə, Ermənistan “Marqara” keçid məntəqəsinin açılması üçün bütün işləri başa çatdırıb, bütün infrastruktur hazırdır.
O, görüş və dialoqun olmaması ilə bağlı deyilənlərlə razılaşmadığını vurğulayıb:
“İki ölkənin xarici işlər nazirləri 2024-cü il fevralın sonunda Antalyada keçirilən diplomatik forumda görüşüblər”.
Qeyd edək ki, 2022-ci ilin iyulunda tərəflər birinci mərhələdə sərhədin üçüncü ölkə vətəndaşları üçün açılması barədə razılığa gəliblər.
- DOST xidmətləri artıq İmişlidə
- 8 prokurorluq əməkdaşı məsuliyyətə cəlb olundu
- Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi
- Xətai rayonunda dəniz mənzərəli hazır mənzil haradan almaq olar?
- Qohumunun evinə qonaq getdi, oğurluq etdi
- Əli Əsədov daha bir qərar imzaladı
- Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edildi
- Həzi Aslanovda hazır mənzil almaq istəyənlər üçün hansı imkanlar var?