Paşinyan: Delimitasiyanın yeni mərhələsi bu ərazidə ola bilər

02:32 - 18 İyun 2024 - GÜNDƏM

 Paşinyan: Delimitasiyanın yeni mərhələsi bu ərazidə ola bilər

Delimitasiyanın növbəti mərhələsinin Zəngəzurdan (Sünik) başlaması mümkündür, lakin bu, istənilən başqa ərazidə baş verə bilər

BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan “Azadlıq” radiosuna açıqlamasında deyib.

“Hazırda qanun layihəsi üzərində işləyirik. Əvvəlcədən razılaşdırılmaqla, onun təsdiqindən sonra qərar veriləcək.

Dünəndən Zəngəzur rayonundayam, həm sərhədyanı, həm də qeyri-sərhəd yaşayış məntəqələrində onlarla görüş keçirmişəm. Göründüyü kimi, real Ermənistanın gündəmi və sülh gündəmi xalqımıza aydındır. Bu çox vacibdir. Bu o deməkdir ki, biz nə etdiyimizi və nə üçün etdiyimizi xalqımıza çatdıra bilmişik.

Bu kontekstdə delimitasiya və digər məsələlər operativ məsələlərə çevrilir. Hökumət təbii ki, nə baş verdiyini, nə üçün baş verdiyini, məqsədin, risklərin nədən ibarət olduğunu və risklərin idarə edilməsi üsullarımızı ictimaiyyətə geniş şəkildə çatdırmağa davam etməlidir. Biz bu məntiqi rəhbər tutaraq irəli getməliyik”, - Paşinyan qeyd edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol