2026-cı il dünya çempionatında uğursuz çıxış edən Seneqal millisində qalmaqallı faktlar üzə çıxıb.
“BUTA.TV” xəbər verir ki, bu barədə Seneqal Futbol Federasiyasının prezidenti Abdullah Fall keçirdiyi mətbuat konfransında danışıb.
O bildirib ki, son 10 ildə milli komandada çalışan həkim Əbdürrəhman Fedor peşəkar idman təbabəti üzrə deyil, ginekologiya və mama-ginekologiya ixtisası üzrə fəaliyyət göstərib.
Federasiya rəhbərinin sözlərinə görə, aparılan araşdırmalar zamanı məlum olub ki, həkimin peşəkar futbolçuların tibbi nəzarətini həyata keçirmək üçün zəruri ixtisası olmayıb.
Qalmaqallar bununla da yekunlaşmayıb. Federasiya prezidenti ABŞ-də keçirilən dünya çempionatına hazırlıq düşərgəsində qənaət məqsədilə milli komandanın aşpazının səfərinə vəsait ayrılmadığını da açıqlayıb. Nəticədə futbolçular gündəlik qidalanmalarını onlayn sifariş xidmətləri vasitəsilə təmin ediblər.
Bu səbəbdən oyunçular yarış dövründə yüksək fiziki hazırlıq üçün vacib olan xüsusi idman qidalanmasını ala bilmədiklərini bildiriblər.
Qeyd edək ki, Seneqal millisi dünya çempionatının 1/16 final mərhələsində Belçikaya 2:3 hesabı ilə məğlub olaraq turnirlə erkən vidalaşıb. Komandanın uğursuz çıxışından sonra baş məşqçi Babi Tiau vəzifəsindən göndərilib.
- Üzeyir bəyin abidəsi baxımsız vəziyyətdədir - Video
- Prokuror Benizə ağır cəza istədi
- Sabah 40 dərəcə isti olacaq
- Bənizin 11 il həbsi tələb edildi
- Pensiya alanların nəzərinə!
- Şuşa Media Forumunda Prezidentin yanında diqqətçəkən xanım kimdir? - FOTOLAR
- Bu, Putinin əlində qalan son vasitədir - Ronzhaymer
- 10 il milli komandada işləyən həkim ginekoloq imiş...