Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda rentgen növbəsində izdiham yaşanıb.
“BUTA.TV”nun məlumatına görə, vətəndaşlar bildirib ki, istənilən vaxt xəstəxanaya rentgenə gəldikdə növbədə gözləməli olurlar. Xəstəxana işçiləri buna səbəb kimi sistemin işləmədiyini, dayandığını əsas gətirirlər.
Məsələ ilə bağlı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu məlumat yayıb. Bildirilib ki, bu gün səhər saat 10:00–11:00 radələrində rentgen xidmətinin fəaliyyətini təmin edən informasiya sistemində müvəqqəti texniki nasazlıq yaranıb: “Bu səbəbdən rentgen müayinəsinə müraciət edən vətəndaşlar arasında müəyyən müddət növbə əmələ gəlib. Texniki problem operativ şəkildə aradan qaldırılıb və hazırda rentgen xidməti tam normal rejimdə fəaliyyət göstərir”.
Baku.ws-ə istinadən xəstəxanada çəkilən videonu təqdim edirik:
Şuşa Media Forumunda Prezidentin yanında diqqətçəkən xanım kimdir? - FOTOLAR
- Nazirlik növbəti dəfə qalib oldu
- Ağdərədə avtomobil aşdı: ər-arvad öldü
- Zeynəbin axtarışları hələ də davam edir - Video
- Sabah Bakıda güclü külək əsəcək - Xəbərdarlıq
- Abşeronda mühüm tədbir keçirildi - Foto
- 1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video
- Azərbaycanda daha iki dövlət qurumu ləğv edilir
- Pelleqrini İlham Əliyevə xizək hədiyyə etdi