Hacıların ilk qrupu iyun ayının 26-da Vətənə qayıdacaq.
BUTA.TV xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr Şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri bildirib.
"Həcc prosesi bitmək üzrədir. Bu gün də Minadayıq. Zəvvarların bir hissəsi bu gün, böyük hissəsi isə sabah Minanı tərk edəcək. Mina Ərəfat Müzdəlifə çöllərində həcc ayinlərinin icrası bitir. Qalır, əsasən, zəvvarların nisa və vida təvafı. Hacıların ilk qrupu iyunun 26-da yola düşəcək. Son qrup isə iyulun 1-də vətənə qayıdacaq", - o söyləyib.
V.Cahangiri zəvvarların sağlamlıq durumundan da danışıb:
Şuşa Media Forumunda Prezidentin yanında diqqətçəkən xanım kimdir? - FOTOLAR
"Zəvvarların arasında cavanı da var, yaşlısı da. Minanın ilk günü xəstələr buraya gəlib bir az durublar. Onları otelə göndərmişik. Sağlam olanlara da isti təsir edir. Yorulmalar olur. Lakin hər yerdə sərin su var və tibbi personal ayıq-sayıq çalışır. Elə ciddi xəstəlik yoxdur".
- Tuqay Hüseynov Azərbaycana ekstradasiya olundu
- Azərbaycan bu şəxsi Türkmənistana təhvil verdi
- Xaricdə təhsil adı ilə dələduzluq edib Monteneqroya qaçdı - Azərbaycana qaytarılır
- Bu ödənişlər nağdsız olacaq
- Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirildi
- Baş bankir ona vəzifə verdi
- İdman zalından 5 min manatlıq saat oğurlandı
- Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan