İndi Ukraynanın Putinin təklifini qəbul etmək imkanı var, əks halda Rusiyanın hərbi hücumu davam edəcək.
BUTA.TV xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedyev deyib.
“Ukrayna hakimiyyəti hələ də Rusiya Prezidenti Vladimir Putinin sülh yolu ilə nizamlanma təkliflərini qəbul edə bilər, əks halda rus qoşunlarının hücumu davam edəcək və Kiyevə qarşı vəziyyət dəyişəcək.
Düşünürəm ki, prezident bu barədə hər şeyi söylədi: Rusiyanın Ukraynanın hazırkı hakimiyyətinə edəcəyi hər növbəti təklif əvvəlkindən daha pis olacaq. Ona görə də indi onların Vladimir Vladimiroviç Putin tərəfindən formalaşdırılan bu təklifi qəbul etmək imkanı var”, - deyə o bildirib.
Şuşa Media Forumunda Prezidentin yanında diqqətçəkən xanım kimdir? - FOTOLAR
Medvedyev Ukrayna hakimiyyətini “bacardıqca tələsməyə” çağırıb.
Qeyd edək ki, Putin Ukrayna qoşunlarının “dxr”, “lxr”, Xerson və Zaporojye vilayətlərinin ərazisindən tamamilə çıxacağı və NATO-ya üzv olmayacağı haqda öhdəlik götürəcəyi halda danışıqlara başlamağa hazır olduğunu bildirib.
- Azərbaycan bu şəxsi Türkmənistana təhvil verdi
- Xaricdə təhsil adı ilə dələduzluq edib Monteneqroya qaçdı - Azərbaycana qaytarılır
- Bu ödənişlər nağdsız olacaq
- Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirildi
- Baş bankir ona vəzifə verdi
- İdman zalından 5 min manatlıq saat oğurlandı
- Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
- Baş nazir qərar imzaladı