Mingəçevir şəhərində güclü külək nəticəsində ölən və xəsarət alanlar olub.
BUTA.TV Report-a istinadla xəbər verir ki, dünən saat 19:40-da Mingəçevir şəhərində başlayan Şimal - Qərb küləyinin orta sürəti 14 m/s, daha sonra 26 m/s, 21:00-da maksimal sürəti 28 m/s olub.
Güclü külək nəticəsində şəhər ərazisində 25 ədəd ağac kökündən qırılıb, 27 ağacın iri budaqları qırılaraq yerə düşüb, küçələrdə nəqliyyat vasitələrinin hərəkətində maneə yaranıb, 400 abonentin qaz xəttinin verilişində fasilə olub, bir fərdi evin dam örtüyünə ziyan dəyib.
Qırılan ağac Nizami küçəsində nəqliyyat vasitəsinin üzərinə düşüb, sürücü xəsarət alıb.
Şuşa Media Forumunda Prezidentin yanında diqqətçəkən xanım kimdir? - FOTOLAR
Şəhərin Z.Həsənova küçəsi 2 ünvanında çoxmənzilli yaşayış binasının dam örtüyünü dağılıb, beş sakin ağac aşması nəticəsində xəsarət alıb, Ağdam rayon sakini, 2003-cü il təvəllüdlü Qasımzadə Rəvan İsmixan oğlu isə aldığı xəsarətlərdən ölüb.
Külək səbəbindən 17 000 abonentin (ümumi nisbətin 48%-i) elektrik enerjisinin təchizatında 10 saat davam edən fasilə yaranıb.
Şəhər Fövqəladə Hallar Komissiyası tərəfindən dərhal təxirəsalınmaz tədbirlər həyata keçirilməyə başlanıb, nəqliyyatın və piyadaların hərəkətinə mane olan ağaclar hərəkət zolağından götürülüb, elektrik enerjisində fasilələr aradan qaldırılmağa başlanılıb.
Hazırda bərpa işləri davam etdirilir.
- Pelleqrini İlham Əliyevə xizək hədiyyə etdi
- Sahibə Qafarovanın bu vəzifəyə namizədliyi irəli sürüldü
- “AzerGold”un təşkilatçılığı ilə Göygöldə tibbi müayinə aksiyası...
- Prezidentin maşınında selfi çəkdi - Foto
- Üzeyir bəyin abidəsi baxımsız vəziyyətdədir - Video
- Prokuror Benizə ağır cəza istədi
- Sabah 40 dərəcə isti olacaq
- Bənizin 11 il həbsi tələb edildi