Polad Həşimov və İlqar Mirzəyevin xatirəsi yad edildi

18:39 - 12 İyul 2026 - GÜNDƏM

 Polad Həşimov və İlqar Mirzəyevin xatirəsi yad edildi

Tovuz döyüşlərinin ildönümü münasibətilə Azərbaycanın Milli Qəhrəmanları general-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin xatirəsi yad edilib.

Bu barədə BUTA.TV-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Bakı Hərbi Kollecinin bir qrup hərbi qulluqçusu tərəfindən şəhidlərin məzarları ziyarət edilərək üzərinə güllər qoyulub, xatirələri hörmət və ehtiramla anılıb.

Tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub.

Bu xəbər hal-hazırda çox oxunur
Hacıqabulda sərnişin avtobusu aşdı - Yenilənib

Anım mərasimində Milli Qəhrəmanların keçdiyi şərəfli ömür yolundan bəhs edilib, onların həyatının gənc hərbçilər üçün örnək olduğu xüsusi vurğulanıb.

Qeyd edilib ki, Vətən uğrunda şəhid olanlar döyüşlərdə göstərdikləri şücaətə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı və Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən müxtəlif orden və medallarla təltif olunublar, həmçinin şəhidlərin ailə üzvləri dövlətimiz tərəfindən daim yüksək diqqət və qayğı ilə əhatə olunur.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol