Kiberdələduzlar tərəfindən “Lalafo.az” və “Tap.az” platformalarının istifadəçilərinə qarşı dələduzluq halları davam edir.
Elektron Təhlükəsizlik Xidmətdən BUTA.TV-a verilən məlumata görə, qeyd olunan platformalarda elan yerləşdirən vətəndaşlara müxtəlif nömrələrdən mesajlar göndərilərək məhsulu almaq istəyi bildirilir. Lakin məhsulun ödənişinin əldə olunması üçün vətəndaşa saxta “Azərpoçt” keçidi təqdim olunur. Qeyd olunan keçiddə vətəndaşın bank kartı və digər fərdi məlumatlarını ələ keçirmək xüsusi bölmələr yaradılıb.
“Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə vədlərə etimad etməməyi, naməlum mənbələrdən göndərilən mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank kartı və digər fərdi məlumatlarını tanımadıqları şəxslərə ötürməməyi tövsiyə edir”, - deyə qurumun məlumatında bildirilib.
- Pelleqrini İlham Əliyevə xizək hədiyyə etdi
- Sahibə Qafarovanın bu vəzifəyə namizədliyi irəli sürüldü
- “AzerGold”un təşkilatçılığı ilə Göygöldə tibbi müayinə aksiyası...
- Prezidentin maşınında selfi çəkdi - Foto
- Üzeyir bəyin abidəsi baxımsız vəziyyətdədir - Video
- Prokuror Benizə ağır cəza istədi
- Sabah 40 dərəcə isti olacaq
- Bənizin 11 il həbsi tələb edildi