Qurban Berdıyev rəsmən “Turan Tovuz”un baş məşqçisi təyin olunub.
BUTA.TV xəbər verir ki, bu barədə klubun idman direktoru Səməd Nəsibov Rusiyanın sport24.ru saytına açıqlamasında deyib.
O, 71 yaşlı mütəxəssislə 2+1 illik müqavilə imzaladıqlarını bildirib:
“Dünən axşam Qurban Berdıyev Bakıya gəldi və bu gün onunla müqavilə imzaladıq. Hər şey qaydasındadır, danışıqlar tez və yaxşı keçdi. Əvvəlcə bu mütəxəssisi daha bir mövsüm uzatmaq imkanı ilə bir illik müqavilə imzalamaq istəyirdik. Amma danışıqlar və nüansların müzakirəsi zamanı biz müqavilənin şərtlərini dəyişdik. “Turan” Qurban Berdıyevin işini izlədi və klubumuz başa düşdü ki, bu mütəxəssislə uzunmüddətli layihə qurmaq olar. Berdıyevin adı və təcrübəsi rol oynadığından yekun müqavilə 2+1 sistemi ilə bağlanıb".
SOCAR rəsmisi xaricdə otelə apardığı qadınla medianın gündəminə düşdü – FOTOLAR
Qeyd edək ki, Q.Berdıyev Mahaçqala "Dinamo"sunun klub prezidentinin müşaviri vəzifəsində çalışırdı.
- İğtişaşların səbəbi: Nepal uğrunda Çin-ABŞ savaşı?
- Qriqoryan Azərbaycana gəldi
- İrəvandan Zəngəzur açıqlaması: Dağlar dağıdılır, yol çəkilir
- Manaf Ağayevin oğlu işdən çıxarıldı
- SOCAR rəsmisi xaricdə otelə apardığı qadınla medianın gündəminə düşdü – FOTOLAR
- Ərdoğan onu İrəvana göndərir: Nələr tələb olunacaq?
- Buna görə Bakının tələbini qəbul etdim - Paşinyan
- Dəhlizdə Azərbaycan vətəndaşı yoxlanacaq? - Paşinyan