Gürcüstanda xalası qızı Fatimə Kərimovanı qətlə yetirməkdə ittiham olunan Azərbaycan vətəndaşı Emin Əliyev Batumi Beynəlxalq Hava Limanında saxlanılıb.
“BUTA.TV” xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Məlumata görə, Əliyevin saxlanılması Türkiyə və Azərbaycan polisi ilə koordinasiya, həmçinin Gürcüstan DİN-in Türkiyədəki ataşesinin cəlb edilməsi ilə həyata keçirilib.
Qeyd edək ki, daha əvvəl Fatimə Kərimovanı qətlə yetirməkdə təqsirləndirilən Ağcabədi sakini Emin Əliyevin Türkiyə saxlanıldığı barədə xəbər yayılmışdı. Onun Gürcüstana təhvil verilməsi ilə bağlı işlərin aparıldığı bildirilirdi.
Xatırladaq ki, Gürcüstan mediasında yayılmış məlumata görə, Tbilisidə qonaq olan 21 yaşlı Fatimə Kərimova iyunun 26-sı xüsusi amansızlıqla qətlə yetirilib. E.Əliyevin 21 yaşlı xalası qızını 2 həftə ərzində mənzildə kilidli saxladığı, vəhşicəsinə döydüyü, daha sonra isə boğaraq öldürdüyü qeyd edilib.
- Şuşanın Kiçik Qaladərəsi kəndinə daha 11 ailə qayıdacaq
- İsmayıllıda torpaq sürüşməsi: üç ailənin yaşadığı ev...
- Üç min vətəndaşın yolu uzanıb - 4 aydır tədbir görülmür-Video
- Günay Novruzqızına vəzifə verildi
- Xırdalanda minik avtomobili sərnişin avtobusuna çırpıldı - Video
- Balakəndə su dolmuş ərazilər təmizlənir - Video
- İstirahət günü hava necə olacaq?
- Masallıda atdan yıxılan 49 yaşlı kişi öldü