Paşinyana 8 il öncə lentə alınan elə bir videosunu atdılar ki...

14:02 - 24 İyun 2024 - GÜNDƏM

 Paşinyana 8 il öncə lentə alınan elə bir videosunu atdılar ki...

Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında 8 il əvvəl Kotayk rayonunda xəndək qazması əks olunan görüntülər paylaşıb.

BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, baş nazir videonun 2016-cı ildə çəkildiyini və iyunun 23-də ona sürpriz hədiyyə kimi göndərildiyini bildirib.

N.Paşinyan həmin vaxt hazırkı hakim "Mülkü müqavilə" fraksiyasının üzvləri ilə birlikdə Kotayk rayonunda xəndək qazdığını, fraksiya üzvlərindən olmayan bir şəxsin isə kənardan onları lentə aldığını qeyd edib.

Baş nazir 8 il əvvəl xəndək qazan həmin şəxslərin bu gün yüksək rütbəli məmurlar – nazirlər, icra orqanlarının rəhbərləri, deputatlar və s. olduğunu deyib.

Qeyd edək ki, görüntülər Aprel döyüşlərinin baş verdiyi il çəkilib. Maraqlıdır ki, xəndəklərin qazıldığı Kotayk rayonu Ermənistanın sərhəd xəttlərində yerləşməyən yeganə ərazi olaraq tanınır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol