Şahruddin “Qarabağ”a qayıdır?

13:06 - 25 İyun 2024 - GÜNDƏM

 Şahruddin “Qarabağ”a qayıdır?

Bizim Şahruddin Məhəmmədəliyevlə transfer məsələləri barədə görüşümüz olmayıb.

BUTA.TV xəbər verir ki, bunu Report-a açıqlamasında "Qarabağ”ın direktoru Əmrah Çəlikəl Azərbaycan millisinin qapıçısının Ağdam klubuna mümkün qayıdışına münasibət bildirərkən deyib.

Təcrübəli funksioner oyunçunun keçidi ilə bağlı xəbərləri yalnız mediadan oxuduğunu söyləyib.

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev 2016 - 2023-cü illərdə "Qarabağ"ın formasını geyinib. Mətbuatda qolkiperin Türkiyənin "Adana Dəmirspor" klubu ilə müqaviləni qarşılıqlı razılıq əsasında ləğv etdiyi yazılıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol