Hazırda İsmayıllının Əhənd, Qoydan, Dvoryan kəndlərinin rayon mərkəzi ilə əlaqəsi tamamilə kəsilib.
BUTA.TV xəbər verir ki, bunu Oxu.az-a İsmayıllı Rayon İcra Hakimiyyətinin Əhənd kənd inzibati ərazi dairə üzrə nümayəndəsi Vüqar Bəşirov deyib.
O qeyd edib ki, hazırda Qoydan kəndinə giriş-çıxış mümkün deyil.
"Yağan güclü yağışlar nəticəsində kəndi lil basıb. Fövqəladə Hallar Nazirliyinə məlumat verilib. Gəlib əraziyə baxıb akt tərtib ediblər. Nazirlər Kabinetinə məlumat verilib.
Şuşada Prezidentin iştirakı ilə Forum keçirildi - Video-Fotolar-Yenilənib
Sakinlər kənddən çıxa bilmirlər, çünki kəndə gedən yolları sel aparıb. Girdimanın qolu olan Siyəri çayı daşdığı üçün ətrafı lil basıb. Bundan əlavə, torpaq sürüşməsi olduğu üçün bütün yollar bağlanıb. Hazırda rayon mərkəzi ilə əlaqəmiz kəsilib. Kəndə texnika gələ bilmir. Lahıc yolu düzəlməlidir ki, kəndə texnika gələ bilsin. İşığı bərpa etməyə çalışırlar, hələ də fazanın birində işıq yoxdur.
Hazırda yağışlı hava şəraiti davam etməkdədir"- deyə V.Bəşirov bildirib.
- ABŞ İrana yenidən hücuma başladı
- Bakı-Şamaxı yolu çökdü - Video
- “Mənə verdiyi suala görə vəzifəsindən azad edilib” - Qusmanı misal çəkdi+Video
- Ukraynanın Baş naziri istefa verdi
- “Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz - Qərar
- “Atasına deyir ki, meyitini gətirin, əlimi sürtüm” - Gözdən əlil ananın fəryadı+Video
- TikTok Azərbaycanda 600 minə yaxın videonu sildi
- AQTA-dan bu məhsullarla bağlı çağırış