Obrayenin gəlişi ərəfəsində Bakının bu addımı…

21:18 - 27 İyun 2024 - GÜNDƏM

 Obrayenin gəlişi ərəfəsində Bakının bu addımı…

Azərbaycana səfərə hazırlaşan ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen Konqresin Nümayəndələr Palatasının Beynəlxalq Əlaqələri Komitəsinin dinləmələrində çıxış edib. Amerikalı diplomat konqresmenlərin suallarına cavab olaraq deyib ki, Bakıdakı görüşlərdə Ermənistanla sülh sazişinin qısa müddətdə imzalanmasının vacibliyini söyləyəcək. Bunu digər amerikalı diplomatlar da dönə-dönə vurğulayırlar. Ceyms Obrayenin Bakıya səfəri ərəfəsində Azərbaycan Xarici İşlər Nazirliyi sülh sazişi ilə bağlı növbəti təkliflərini İrəvana göndərib. Əgər İrəvan Bakının təkliflərini qəbul edərsə, məsələnin qısa müddətdə həlli mümkündür.

BUTA.TV xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, İrəvan Bakının “Konstitusiyanızda Azərbaycana ərazi iddialarını ehtiva edən bəndləri çıxarın” tələbinin yerinə yetirilməsini sonrakı illərə saxlamaq istəyir:

“Vaşinqton rəsmi Bakının tələbindən xəbərdardır. Buna baxmayaraq, ABŞ Dövlət Departamenti Ermənistan Konstitusiyası ilə bağlı bugünə qədər mövqe bildirməyib. Vaşinqtonun çox çalışdığı sülh sazişinə əsas əngəl budur. Amerikalı diplomatlar Azərbaycanla Ermənistan arasında qısa müddətdə sülh sazişininin imzalanmasını və Ceysm Obrayenin Konqresdə söylədiyi kimi, Ermənistanın Azərbaycandan keçən Orta dəhliz layihəsinə qoşulmasını istəyirlərsə, əsas izahat işini İrəvanda aparmalıdırlar”.

Bu xəbər hal-hazırda çox oxunur
Pezeşkiana qarşı niyə Cəlili gücləndirilir?

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol