Bir neçə gün öncə sosial şəbəkə platformalarında Lökbatan Tibb Mərkəzinin tərkibindəki 4 saylı doğum evində tibb işçisinin qızı dünyaya gələn atadan “şirinlik” tələb etməsi ilə bağlı görüntü yayılmışdı. Görüntüyə görə, həmin şəxs “şirinlik” məbləği az olduğu üçün ataya etirazını bildirirdi.
TƏBİB-dən BUTA.TV-a bildirilib ki, sözügedən görüntüdə əks olunan hadisə ilə bağlı TƏBİB tərəfindən geniş araşdırma aparılaraq müvafiq inzibati tədbirlər görülüb:
"Araşdırmanın yekun nəticələrinə əsasən, Lökbatan Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən 4 nömrəli Doğum evinin Doğum şöbəsinin həkim-mama-ginekoloqu Sevinc Malik qızı Məmmədovanın əmək müqaviləsinə iyunun 27-də xitam verilib".
Xatırladaq, iyunun 19-da saat 11:05 radələrində 2005-ci il təvəllüdlü şəxs doğuş üçün Lökbatan Tibb Mərkəzinin nəznində yerləşən 4 saylı Doğum evinə müraciət edib. Doğum şöbəsinin həkimi mama-ginekoloq Sevinc Məmmədovanın iştirakı ilə saat 13:30-da radələrində pasiyentin qız övladı dünyaya gəlib.
- Hava xəbərdarlığı: leysan olacaq, dolu düşəcək
- Hərbçimiz vəfat etdi
- “Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın” - Prezidentdən Mirşahinə
- “Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini artırır
- Sabah Məhərrəm ayı bitir
- Rafael Ağayevə ağır itki
- Azərbaycanda dövlət qurumu ləğv edildi
- Prezident jurnalisti görüb avtomobildən düşdü - Video