Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində (İsmayıl bəy Qutqaşınlı küçəsindən Mətbuat prospektinədək) aparılan əsaslı təmir işləri ilə əlaqədar bu gündən etibarən avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə qismən məhdudlaşdırılacaq.
Avtomobil Yolları Dövlət Agentliyindən BUTA.TV-a verilən məlumata görə, sözügedən hissədə hərəkətin qismən məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə olacaq.
“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur”, - agentlikdən bildirilib.
- Bu məlumatları heç kimlə paylaşmayın! - DİN
- Eks-idarə rəisi ilk iclasda həbs edildi
- Onlar vizadan qarşılıqlı azad edəcək
- Başçı müavini vəzifəsindən azad edildi - Sərəncam
- “Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm”
- İsmayıllıda 5 yaşlı uşaq hovuzda boğuldu
- Milli Məclisin iclası başladı
- Bakıda qadın dənizdə boğuldu