Monteneqrodan daxil olmuş hüquqi yardım sorğusu əsasında bu ölkədə törədilən ağır cinayətlə bağlı Azərbaycanda DNT tədqiqatı aparılıb.
Bu barədə BUTA.TV-a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən EUROJUST vasitəsilə Monteneqronun Ali Prokurorluğundan xüsusilə ağır cinayətə dair daxil olmuş hüquqi yardım sorğusu icra edilib.
Sorğu Monteneqro ərazisində baş vermiş qəsdən adam öldürmə faktı üzrə aparılan cinayət təqibi çərçivəsində təqdim olunub.
Müraciətdə cinayəti törətməkdə şübhəli bilinən 1970-ci il təvəllüdlü Rövşən Səmədovdan, habelə cinayətin törədilməsindən sonra onun gizlədilməsinə kömək etməkdə şübhəli bilinən 2001-ci il təvəllüdlü Sirudin Şərifovun yaxın qohumlarından, eləcə də hadisə yerindən və cinayət işi üçün əhəmiyyət kəsb edən digər obyektlərdən götürülmüş bioloji nümunələrin müqayisəli tədqiqi məqsədilə zəruri DNT nümunələrinin götürülməsi və digər prosessual hərəkətlərin həyata keçirilməsi xahiş olunub.
İstintaq idarəsi tərəfindən sorğunun icrası zamanı əlaqəli şəxslərdən izahatlar alınıb, müvafiq şəxslərdən bioloji nümunələr götürülərək DNT tədqiqatı aparılıb və DNT profilləri əldə edilib.
Hüquqi yardım sorğusunun icrası nəticəsində toplanmış sənədlər və ekspertiza materialları beynəlxalq hüquqi əməkdaşlıq çərçivəsində müəyyən edilmiş qaydada Monteneqronun səlahiyyətli orqanına göndərilib.
- Fatimənin qatili hava limanında saxlanıldı - Video
- Tiflisdə hadisə: Azərbaycan dilində danışdı, bıçaqlandı - Video
- Hoçaz çayının üzərindəki su elektrik stansiyalarının açılışı oldu
- İlham Əliyev Laçında "Həkəriçay" su anbarının təməlini qoydu
- Monteneqroda ağır cinayət: Bakıda DNT tədqiqatı aparıldı
- Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - Video
- Qobustanda ağır qəza: ölən var - Video
- 16 yaşlı oğlan su kanalında batdı