Bu gün rus ordusu 121 dəfə cəhd etdi - Baş Qərargah

19:46 - 1 İyul 2024 - GÜNDƏM

 Bu gün rus ordusu 121 dəfə cəhd etdi - Baş Qərargah

Rus ordusu bu gün 121 dəfə Ukraynanın müdafiə xəttini keçməyə cəhd edib.

BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

"Xüsusilə, Xarkov istiqamətində Müdafiə Qüvvələri Qlubokoe, Volçansk və Liptsı yaşayış məntəqələri ərazilərində düşmənin 6 hücumunu dəf edib. Döyüşlər iki istiqamətdə davam edir, Vəziyyət ukraynalı müdafiəçilərin nəzarəti altındadır", - Baş Qərargah bildirib.

Qeyd olunub ki, rus ordusu daha 11 dəfə Kupyanski istiqamətində, 13 dəfə Liman istiqamətində müdafiə qüvvələrinin mövqelərinə hücum ediblər.

Bu xəbər hal-hazırda çox oxunur
Rusiya Azərbaycanın tələbi ilə onu həbs etdi

Baş Qərargah həmçinin Severski istiqamətində hərbi toqquşmaların sayının artdığını bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol