Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, Aeroport şosesində Dövlət Yol Polisi (DYP) avtomobili də daxil olmaqla bir neçə maşın toqquşub. Avtomobillərə ciddi ziyan dəyib.
Hadisə ilə açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli faktı təsdiqləyib.
Onun sözlərinə görə, bu gün saat 13:00-da paytaxtın Xəzər rayonu ərazisində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib:
"Yol Patrul Xidmətinin avtomobili xidmət apararkən "Nissan" markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq arxadan ona çırpılıb. Daha sonra nəqliyyat vasitəsi yolun hərəkət hissəsinə çıxıb. Orada evakuator "Nissan"ı vurmamaq üçün manevr edərək əks istiqamətə çıxıb və qarşıdan gələn "Toyota" markalı nəqliyyat vasitəsinə çırpılıb.
İlkin məlumata əsasən, "Toyota" markalı nəqliyyat vasitəsinin sürücüsü xəsarət alıb".
Qeyd olunub ki, faktla bağlı araşdırma aparılır.
- İndiyədək neçə yaşayış məntəqəsinə köç olub? - Komitə sədri
- İlham Əliyev və xanımı Nyu Yorkda
- Qızılın qiyməti tarixi rekordunu təzələdi
- İki həftədən sonra buna başlayırıq - Emin elan etdi
- Əli Nağıyevdən xüsusi xidmət orqanları ilə bağlı mühüm açıqlama
- Ceyhun Bayramov Kallasla görüşdü
- Bu qurumlar koordinasiyalı fəaliyyət göstərməlidir - DTX rəisi
- Hərbi biletə görə 22 min verdim - Sabiq idarə rəisinin məhkəməsi