Görünən odur ki, İranla bağlı məsələlər hələ də İsrail və ABŞ tərəfindən tam bağlanmayıb. İran son vaxtlar Avropa Birliyinin, xüsusilə Avropa üçlüyünün ultimatumunu yerinə yetirərək MAQATE ilə sənəd imzalasa da, bu öhdəliklərin hansı formada icra olunacağı hələlik bəlli deyil. Çünki Tehran zənginləşdirilmiş uran ehtiyatlarını agentliyə göstərmir və bunun bombalanmış reaktorların altında qaldığını bildirir.
Bu sözləri BUTA.TV-a açıqlamasında politoloq Fərhad Məmmədov Almaniyanın İranda olan vətəndaşlarını təcili şəkildə ölkəni tərk etməyə çağırması barədə danışarkən deyib.
Politoloqun sözlərinə görə, belə bir şəraitdə İsrail və ABŞ-ın regiondakı hərbi aktivliyinin artması gözləniləndir:
“Qətərə zərbələrdən sonra İsrail və ABŞ-ın daha da aqressivləşməsi və İrana qarşı yeni hava əməliyyatları təşkil etməsi istisna deyil. Almaniyanın çağırışı da məhz bununla bağlı ola bilər. Almaniya ABŞ-la müttəfiqdir, onların kəşfiyyat orqanları birgə fəaliyyət göstərir. Ona görə də Almaniya Xarici İşlər Nazirliyinin vətəndaşlarına müraciəti yaxın vaxtlarda ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara hazırlaşmasının siqnalı ola bilər”.
- Bayramov: Türkiyədən tarixdə görülməmiş göstəriş verildi - Video
- Ramiz Mehdiyevlə Rəqsanəni birləşdirən MƏQAM
- Leyla və Arzu Əliyevalar Pəncəli Teymurovun ailəsini ziyarət etdi
- AZAL səyahətləri daha rahat edir - Video
- Leyla və Alyona Əliyevalar uşaq evinin açılışında
- Tiflisin ən hündür yerində Azərbaycan bayrağı işıqlandırıldı
- Nə qədər ərazi minalardan təmizlənib? - XİN
- Vardanyanın məhkəməsində zərərçəkmişlər ifadə verdi