İndiyədək keçmiş məcburi köçkünlər 6 şəhər daxil olmaqla, region üzrə 28 yaşayış məntəqəsinə qayıdıb.
BUTA.TV xəbər verir ki, bunu I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.
Anar Quliyev həmçinin qeyd edib ki, Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa işləri həyata keçirir və həmin ərazilərdə 12 şəhərin baş planı hazırlanıb. O deyib ki, artıq 50 mindən çox insan post-münaqişə azad olunmuş ərazilərdə yaşayır, işləyir və təhsil alır:
“Son 4 ildə biz əhəmiyyətli nailiyyətlər qazanmışıq. 3 yeni beynəlxalq hava limanı, yeni dəmir yolu infrastrukturu, mənzil, səhiyyə müəssisələri və təhsil ocaqlarının inşası tamamlanıb. Azad edilmiş ərazilər zəngin bərpa olunan enerji potensialına malikdir və rəsmi olaraq “yaşıl enerji zonası” elan olunub. 4 ildən az müddətdə istifadəyə verilmiş 38 su elektrik stansiyası 620 min ton karbon emissiyasının azalmasına səbəb olub. Günəş və külək enerjisi layihələri inkişaf etdirilir”.
- Adnan Əhmədzadənin həyat yoldaşı kimdir?
- Pezeşkian Şahin Mustafayevi qəbul etdi
- İndiyədək neçə yaşayış məntəqəsinə köç olub? - Komitə sədri
- İlham Əliyev və xanımı Nyu Yorkda
- Qızılın qiyməti tarixi rekordunu təzələdi
- İki həftədən sonra buna başlayırıq - Emin elan etdi
- Əli Nağıyevdən xüsusi xidmət orqanları ilə bağlı mühüm açıqlama
- Ceyhun Bayramov Kallasla görüşdü