“ArchiCO Engineering Company” inşaat və mühəndislik şirkətindən şikayət var.
BUTA.TV xəbər verir ki, vətəndaş sözügedən şirkətin paytaxtın Nəsimi rayonu ərazisində yerləşən “Evim Residence” yaşayış kompleksindən ilkin ödənişlə mənzil aldığını, lakin həmin mənzilin şirkət tərəfindən bir müddət sonra yenidən satışa çıxarıldığını iddia edir:
“Sizə kimdən deyim, kimdən deməyim, ArchiCO Engineering Company MMC adlı bir şirkət var. Bu şirkət Zabitlər bağı yanında yerləşən Evim Residence tikintisi və satışı ilə məşğul olur. Azərbaycanda olduğum qısa məzuniyyət ərəfəsində, şirkətdə çalışan yaxın dostumuzla məsləhətləşdikdən sonra, avqust ayının 20-i tarixində bu şirkətin verdiyi yalançı vədlərə inanıb, şərtləri razılaşdırıb (1 kvadratmetrinə 3000 AZN olmaqla), Archico şirkətinin möhürü də olan 2 otaqlı mənzilin alqı-satqısı ilə bağlı müqaviləyə imza atmışam və 70 min AZN məbləğində ilkin ödəniş etmişəm.
Üstündən bir neçə həftə keçəndən sonra şirkət nümayəndəsi ilə əlaqə saxlayanda isə o, mənə qiymətlərin 3000 AZN-dən 3500 AZN-ə qalxması səbəbindən satışın baş tutmayacağını, şirkət direktorunun möhür olmasına baxmayaraq müqaviləni imzalamadığını bildirib və ofisə yaxınlaşaraq pulu geri götürməyimi xahiş edib.
Mən də öz növbəmdə məsələyə etirazımı bildirmiş, məsələ ilə bağlı şirkət rəhbərliyinə müraciətlər etmişəm. Təəssüf ki, nə müştərilərinə, nə də öz işçilərinə hörmət qoyan bu şirkət mənə qarşı olan qeyri-qanuni və qeyri-etik davranışlarına davam edib, mənzilin satışından imtina etmiş, əvəzində isə mənə müqavilə ilə verilən və küllü miqdarda ilkin ödəniş alınan mənzili daha baha qiymətə satışa çıxarıb. Məsələ ilə bağlı kifayət qədər sübutlar, səs yazılar mövcuddur
- Əhmədzadənin 42 ölkədə “gizli əli” – Beynəlxalq skandal
- Emin Prezidentə və bu nazirə təşəkkür etdi
- Adnan Əhmədzadənin həbsinin şok pərdəarxası
- Dərnəgül bazarının köçürüləcəyi yer bəlli oldu
- Şirkət aldığı evi yenidən satışa çıxarıb - ŞİKAYƏT
- Qış gəldi? – Bu gün leysan olacaq, QAR YAĞACAQ
- Adnan Bakıda “Barselona” prezidentinə qəlyan çəkdirir - Video
- 4 gün ardıcıl İŞ OLMAYACAQ