İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Hizbullah hərəkatının hərbi obyektlərinə yeni silsilə hücumlar həyata keçirib.
BUTA.TV xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.
Məlumata əsasən, bir müddət əvvəl ölkənin cənubundakı Bint-Cbeil yaşayış məntəqəsi ərazisində Hizbullah silahlılarının reaktiv yaylım atəşi sistemi və hərbi infrastruktur obyektlərinə hava zərbəsi endirilib.
Bundan əlavə, gün ərzində İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Beyt Lif, Əl-Edeysa və Əl-Teybi kəndləri yaxınlığındakı Hizbullah hərbi obyektlərinə zərbələr endiriblər.
- MİQ imtahanının başlayacağı tarix açıqlandı
- Xırdalan bələdiyyəsinin sabiq sədri 6 ilə - Yarım milyondan çox yeyinti edib
- AQTA-nın cavabı güldürdü: Heyvan rifahı...
- MİQ imtahanlarının vaxtı açıqlandı
- Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satıldı
- Sabah 37 dərəcə isti olacaq
- Yeni Konstitusiyanın mətni ilin sonunadək dərc olunacaq - Paşinyan
- Türkiyədə naxçıvanlı sərnişini vəhşicəsinə döydülər - Video