Yağan intensiv yağışlar və sel suları Zaqatala rayonunun bir sıra yaşayış məntəqələrinə ciddi ziyan vurub.
BUTA.TV xəbər verir ki, Zaqatala Rayon İcra Hakimiyyətindən Oxu.az-a hazırda ən ciddi problemlərdən birinin şəhərin içməli su təminatı ilə bağlı olduğunu bildirilib.
"Sel nəticəsində yaranan fəsadlar səbəbindən Zaqatala şəhərinin bəzi ərazilərinə suyun verilməsi təxminən 10 gün müddətində mümkün olmaya bilər. Eyni zamanda, İkinci Tala kəndində də içməli su təchizatının bərpasının 10-15 gün çəkəcəyi ehtimal edilir.
Ötən gün Vöhtala kəndi ilə əlaqə müvəqqəti olaraq kəsilsə də, əhalinin təhlükəsiz ərazilərə təxliyəsi həyata keçirilib.
Sel suları Vöhtala, Aşağı Çardaxlar, Bəhmədli və Lahıc kəndlərində də ciddi fəsadlar törədib. Meşleş kəndində isə təhlükəsizlik məqsədilə sakinlər təxliyə olunublar.
Hazırda adıçəkilən kəndlərdə elektrik enerjisinin verilişi hələ də bərpa edilməyib. Bundan başqa, Zaqatala şəhərinin "Qaqarin" adlanan ərazisində də dünəndən etibarən qaz və elektrik enerjisinin verilməsində fasilələr yaranıb. 1 saylı poçt binasını sel yuyub.
Həyətlərə su dolduğu üçün toyuq çüçə tələf olub, əkin sahələri, fındıq bağları, mövsümi tərəvəz sahələrinə ziyan dəyib.
Hazırda hava günəşlidir və aidiyyəti qurumların əməkdaşları selin fəsadlarının aradan qaldırılması istiqamətində işləri davam etdirirlər", - deyə məlumatda bildirilir.
- Qonşunu izləyən kamera qanunsuz sayıla bilər - Ali Məhkəmə
- “Qoyun-quzunu limuzində daşımalıdırlar?!” - Rəsmi cavab
- Almaniyada şəhid övladlarının Yay Düşərgəsi...
- Yük maşını yanacaqdoldurma məntəqəsinə çırpıldı - Video
- Zaqatalada 10 gün su olmayacaq: Kəndlər təxliyə edildi - Video
- Ərdoğanın hədiyyə etdiyi bahalı tapançaları - Özləri ilə apara bilmədilər
- Fəhlələri daşıyan mikroavtobus qəzaya uğradı - Video
- AZAL və “Uzum Bank”dan birgə yenilik