Ağdam rayonunda açıq ərazidə yanğın hadisəsi başlayıb.
BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, hadisə rayonun Xıdırlı kəndində qeydə alınıb.
Küləkli hava şəraiti ilə əlaqədar yanğın qısa müddətdə geniş əraziyə yayılıb. Yanğın artıq 10 hektardan çox ərazini əhatə edir.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikaları cəlb edilib, yanğının söndürülməsi və alovun daha geniş ərazilərə yayılmasının qarşısının alınması ilə bağlı tədbirlər görülür.
- Balakəndə 43 yaşlı kişini sel apardı
- Azərbaycanda vəzifəli şəxs saxlanıldı: Mehdiyevlə əlaqə...
- 2 vəkilə töhmət verildi, 1 vəkil cərimələndi
- Pirşağıda kanalizasiya kollektorlarının tikintisi davam edir
- Prezident bu vəzifəni energetika nazirinə həvalə etdi
- İlham Əliyev daha bir sərəncam imzaladı
- Şuşada bunu etmək qadağan edildi - Fərman
- Prezidentdən İçərişəhərlə bağlı mühüm fərman