Şotlandiyanın “Seltik” klubunun baş məşqçisi Martin O’Nil “Qarabağ”ın hücumçusu Kamilo Duranı transfer etdiklərini təsdiqləyib.
“BUTA.TV” xəbər verir ki, təcrübəli mütəxəssis bu haqda İrlandiyanın “Şelburn” klubuna qarşı keçiriləcək oyundan əvvəl klub televiziyasına danışıb:
“Gənc futbolçu Duran hazırda tibbi müayinədən keçir”.
“Qarabağ” Kamilo Duranı “Seltik”ə 5,5 milyon funt sterlinqə (12 milyon manat) satıb. Bu, Azərbaycan futbolunda ən bahalı satış olacaq.
Qeyd edək ki, 24 yaşlı kolumbiyalı hücumçu ötən mövsüm “Qarabağ”ın heyətində 48 oyunda 15 qol vurub, 10 məhsuldar ötürmə edib. O, UEFA Çempionlar Liqasında keçirdiyi 10 matçda 5 qolla yadda qalıb.
- 2 vəkilə töhmət verildi, 1 vəkil cərimələndi
- Pirşağıda kanalizasiya kollektorlarının tikintisi davam edir
- Prezident bu vəzifəni energetika nazirinə həvalə etdi
- İlham Əliyev daha bir sərəncam imzaladı
- Şuşada bunu etmək qadağan edildi - Fərman
- Prezidentdən İçərişəhərlə bağlı mühüm fərman
- Ağdamda açıq ərazidə yanğın başladı - Foto
- Onlara diplomatik rütbə verildi