Bu gün Azərbaycanın iki təmsilçisi Paris-2024 Yay Paralimpiya Oyunlarında mübarizə aparacaq.
BUTA.TV xəbər verir ki, T12 kateqoriyasında yer alan Səid Nəcəfzadə uzunluğa tullanma növündə çıxış edəcək.
Bu yarışa Bakı vaxtı ilə 12:00-da start veriləcək.
Ardınca paraüzgüçü Raman Saley uğur qazanmağa çalışacaq. O, 50 metr məsafəyə sərbəst üsulla üzməkdə bacarığını göstərəcək. Təsnifat mərhələsi saat 12:45-də başlayacaq.
Qeyd edək ki, hazırda Azərbaycanın hesabında 1 qızıl, 1 gümüş və 1 bürünc medal var. Raman Saley 100 metr məsafəyə arxasıüstə üzməkdə gümüş mükafat əldə edib. Daha əvvəl isə Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov (70 kq) qızıl, Sabir Zeynalov (58 kq) bürünc medala sahib çıxıb.
- MİQ imtahanının başlayacağı tarix açıqlandı
- Xırdalan bələdiyyəsinin sabiq sədri 6 ilə - Yarım milyondan çox yeyinti edib
- AQTA-nın cavabı güldürdü: Heyvan rifahı...
- MİQ imtahanlarının vaxtı açıqlandı
- Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satıldı
- Sabah 37 dərəcə isti olacaq
- Yeni Konstitusiyanın mətni ilin sonunadək dərc olunacaq - Paşinyan
- Türkiyədə naxçıvanlı sərnişini vəhşicəsinə döydülər - Video