UFC-nin keçmiş çempionu Konor Makqreqor 2025-ci ildə keçiriləcək seçkidə İrlandiyanın prezidenti vəzifəsi uğrunda mübarizə aparmaq niyyətində olduğunu bəyan edib.
BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, qarışıq döyüş növləri üzrə idmançı bu barədə özünün X sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Prezident kimi mən həm parlamentin aşağı palatasını çağırmaq, həm də onu buraxmaq səlahiyyətinə malik olacağam. Mən artıq demişəm ki, İrlandiya xalqının sadə işçiləri qarət edən, kiçik biznesi və ailə dəyərlərini məhv edən bu adamlardan cavab almaq istədiyi bütün suallara cavab lazımdır. Yüksək vəzifələri tutan şarlatanlar cavab verməyə çağırılacaqlar", - deyə Makqreqor qeyd edib.
UFC-nin keçmiş çempionu, həmçinin bildirib ki, İrlandiyaya xalqdan olan aktiv prezident lazımdır və vurğulayıb ki, o, 2025-ci ildə yeganə məntiqi seçimdir.
SON DƏQİQƏ: Azərbaycan və Ermənistan bu məsələdə razılığa gələ bilmir
Makqreqor son döyüşünü 2021-ci ilin yayında "UFC 264" turnirində amerikalı Dastin Puaryeyə qarşı keçirib. Döyüş birinci raundda Makqreqorun ayağının sınması ilə başa çatıb. O, 2024-cü ilin iyununda üç ildən sonra ilk dəfə amerikalı döyüşçü Maykl Çandlerə qarşı çıxmalı idi, lakin irlandiyalının zədəsi səbəbindən görüş ləğv edilib. Avqustun ortalarında UFC-nin rəhbəri Deyna Uayt Makqreqorun 2024-cü ildə oktaqonda görünməsini istisna edib.
“BUTA.TV ” xəbər portalı olaraq 2019-ci il aprel ayının 24-dən fəaliyyətə başlamışıq. Bizə dəstək olmaq istəyirsinizsə aşağıdakı rəqəmlərdən birini seçə və ya təklif etdiyiniz məbləği göstərə bilərsiniz. Dəstəyiniz bizim üçün dəyərlidir.
- AB-yə daxil olmaqla bağlı məsələ... - Paşinyan
- Ali məktəblərə qəbul olan şəxslərin diqqətinə!
- Bu hücumla Ukraynanın təslim olması... - Dikiy
- "İlk dəfə pul qarşılığında görüşmüşük" - Ziya DANIŞDI
- “ASAN müraciət”lə bağlı dəyişiklik olundu
- Xərçəngə yoluxan şahzadədən xəbər var
- Universitetlərdə illik təhsil xərcləri niyə artırılıb?
- Ukraynadan İrana xəbərdarlıq: Fakt təsdiqini taparsa...