Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır?
Hərbi-həkim ekspertizası haqqında Əsasnaməyə əsasən tibbi qiymətləndirmə zamanı yastıayaqlı şəxsdə ayaq tağının hündürlüyü 17 mm-dən az olduqda (III dərəcə yastıayaqlılıq) müvafiq şərtlərə uyğun olaraq çağırışçı hərbi xidmətə yararsız hesab edilir.
BUTA.TV xəbər verir ki, bunu DOST TV-də canlı yayımlanan “Sosial saat”verilişində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin Çağırışçıların tibbi qiymətləndirilməsi departamentinin müdir müavini Günel Məmmədova izləyicilərin suallarını cavablandırarkən bildirib.
O qeyd edib ki, Nazirliyin “Tibbi şəhadətləndirmə” altsisteminə barəsində məlumatlar daxil edilmiş çağırışçının Agentlikdə yekun tibbi müayinəsinin keçirilməsi üçün altsistem tərəfindən avtomatik tarix müəyyən edilir və ona bu barədə məlumat verilir:
“Tibbi qiymətləndirmə nəticəsində qəbul edilən yekun qərarla çağırışçı “mygov” portalındakı şəxsi kabineti vasitəsilə tanış ola bilir”.
Gecə klubundan çıxıb dava etdilər - Maşını mağazaya çırpdı - Video - Yenilənib