Kəlbəcərdə bu yayım stansiyasının işi bərpa edildi
Bu gün Kəlbəcər rayonu ərazisində yerləşən 2-ci Milli Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edilib.
BUTA.TV xəbər verir ki, bu barədə Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyası MMC məlumat yayıb.
Bildirilib ki, bununla da, işğaldan azad edilmiş ərazilərdə bu günədək bərpa edilən stansiyaların sayı 13-ə çatdırılıb.
Qurum İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na və əhalinin geri qayıdış mərhələlərinə uyğun olaraq, şəbəkənin əhatə dairəsinin və siqnal keyfiyyətinin artırılması istiqamətində tədbirlərin davam etdiriləcəyini qeyd edir.
Gecə klubundan çıxıb dava etdilər - Maşını mağazaya çırpdı - Video - Yenilənib