Aprelin 10-da Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Melikset Paşayan dövlət ittihamçılarının suallarını cavablandırarkən Azərbaycan Respublikasının vaxtilə işğal altında olmuş ərazilərində qanunsuz şəkildə hərbi xidmət keçdiyini etiraf edib.
BUTA.TV xəbər verir ki, Ermənistan Respublikası silahlı qüvvələrində xidmət etmiş M.Paşayan ona “Kalaşnikov” silahı təhkim olunduğunu bildirib.
Bir neçə istiqamətdə, o cümlədən Ağdam rayonunun Sarıcalı, Güllücə və digər kəndlərində döyüş postlarında durduğunu deyən təqsirləndirilən şəxs dövlət ittihamçısı Fuad Musayevin sualına cavabında “Ağdam Azərbaycan Respublikasının rayonudur” deyib. Azərbaycan ərazilərində nəyi kimdən qoruması barədə suala isə cavab verə bilməyib.
Xatırladaq ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu