Füzulidən keçmiş məcburi köçkün Anar Hüseynovun yağışla bağlı duyğuları hər kəsi təsirləndirib. O, köçkün düşəndən sonra yağışa necə nifrət etməsinin və Füzuliyə geri qayıdandan sonra yağışı yenidən sevməsinin hekayəsini danışıb. 

“BUTA.TV” xəbər verir ki, “Sabaha doğru” sənədli filmi “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin “Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma və gələcəyin şəhərləri” layihəsi çərçivəsində ərsəyə gəlib.

Layihənin donoru QHT-lərə Dövlət Dəstəyi Agentliyidir. Filmin ssenari müəllifi tanınmış jurnalist Ayaz Mirzəyev, rejissoru Zəka Qulu, operatoru Emin Hüseynov, montajçısı Elmar Tarıyeloğludur.

Yaxın vaxtlarda sənədli filmin geniş təqdimat mərasimi keçiriləcəyi bildirilib.

Ölkədə dollar bolluğu- Əhali əlindəki valyutanı niyə satır? Ölkədə dollar bolluğu- Əhali əlindəki valyutanı niyə satır?