Azərbaycanda gömrük bəyannamələrinin ləğvi mümkün olacaq.
BUTA.TV Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Gömrük orqanlarının elektron informasiya sistemində olan gömrük bəyannaməsi aşağıdakı hərəkətlər 1 ay ərzində həyata keçirilmədikdə gömrük orqanı tərəfindən ləğv ediləcək:
- bəyan edilmiş mallar gömrük ərazisinə gətirilmədikdə və ya bu ərazidən aparılmadıqda;
- düzəliş edilməsi üçün bəyannaməçiyə geri qaytarılmış gömrük bəyannaməsi düzəlişlər edilərək yenidən gömrük orqanına təqdim edilmədikdə;
- gömrük orqanına təqdim edilmiş gömrük bəyannaməsi elektron formada bəyannaməçi tərəfindən təsdiq edilmədikdə.
Həmçinin, qısa idxal və ixrac bəyannamələrinin ləğvi mümkün olacaq.
Şuşa Media Forumunda Prezidentin yanında diqqətçəkən xanım kimdir? - FOTOLAR
Qanun layihəsinə əsasən, qısa idxal bəyannaməsi bəyannaməçinin müraciəti olduqda, habelə bəyan edilmiş mallar 200 gün ərzində gömrük ərazisinə gətirilmədikdə gömrük orqanı tərəfindən ləğv ediləcək.
Qısa ixrac bəyannaməsi bəyannaməçinin müraciətinə əsasən, habelə bəyan edilmiş mallar 150 gün ərzində gömrük ərazisindən aparılmadıqda gömrük orqanı tərəfindən ləğv ediləcək.
Bununla yanaşı, beynəlxalq müqavilələr çərçivəsində həyata keçirilən beynəlxalq daşımalar zamanı elektron informasiya sistemləri vasitəsilə mallar və nəqliyyat vasitələri barədə əvvəlcədən təqdim edilən ilkin məlumatlar həmin məlumatların tamlığından asılı olaraq qısa idxal bəyannaməsi kimi qəbul ediləcək.
- Azərbaycan bu şəxsi Türkmənistana təhvil verdi
- Xaricdə təhsil adı ilə dələduzluq edib Monteneqroya qaçdı - Azərbaycana qaytarılır
- Bu ödənişlər nağdsız olacaq
- Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirildi
- Baş bankir ona vəzifə verdi
- İdman zalından 5 min manatlıq saat oğurlandı
- Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
- Baş nazir qərar imzaladı