Xəbər verdiyimiz kimi, mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb. Görüş zamanı Prezidentin 44 günlük Vətən müharibəsi şəhidi Sarıyev Samirin atası Sarıyev Əli ilə dialoqu diqqət çəkib. O, şəhid atasına xüsusi sayğı və həssaslıqla yanaşıb. Həmin anları əks etdirən video sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.
Prezident İlham Əliyevin şəhid valideynlərinə və yaşlı nəslin nümayəndələrinə münasibəti həmişə təqdirəlayiq olub. Bu dəfə o, bir daha göstərdi ki, hörmət və ehtiram liderlik mədəniyyətinin ayrılmaz hissəsidir.
Bəs hamını kövrəldən həmin anların səbəbkarı olan şəhid haqqında nələr bilirik?
Sarıyev Samir Əli oğlu 26.11.1993-cü ildə Şirvanda dünyaya gəlib. Şirvan şəhəri, 202 saylı orta məktəbdə təhsil alıb.
Şuşa Media Forumunda Prezidentin yanında diqqətçəkən xanım kimdir? - FOTOLAR
Azərbaycan Ordusunun əsgəri Samir Sarıyev Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Füzulinin və Cəbrayılın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. 23 oktyabrda Füzuli rayon Alxanlı kəndinin azad olunması uğrunda gedən döyüşlərdə həlak olub. O, Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Füzulinin və Cəbrayılın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.
23 oktyabrda Füzuli rayon Alxanlı kəndinin azad olunması uğrunda gedən döyüşlərdə həlak olub. Ölümündən sonra "Vətən uğrunda", Cəbrayılın azad olunmasına görə", “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə”, medalları ilə təltif olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Sarıyev Samir 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.
- Azərbaycanda daha iki dövlət qurumu ləğv edilir
- Pelleqrini İlham Əliyevə xizək hədiyyə etdi
- Sahibə Qafarovanın bu vəzifəyə namizədliyi irəli sürüldü
- “AzerGold”un təşkilatçılığı ilə Göygöldə tibbi müayinə aksiyası...
- Prezidentin maşınında selfi çəkdi - Foto
- Üzeyir bəyin abidəsi baxımsız vəziyyətdədir - Video
- Prokuror Benizə ağır cəza istədi
- Sabah 40 dərəcə isti olacaq