Qvatemalada bir cütlüyün evlilik təklifi anı sosial şəbəkələrdə gündəm olub.
“BUTA.TV” xəbər verir ki, gənc arxa fonda yerləşən Fueqo vulkanı qarşısında sevgilisinə evlilik təklifi edib.
Kadrlarda oğlan bir dizinin üzərinə çökərək üzüyü təqdim etdiyi anda vulkanın püskürdüyü görünür. Sanki əvvəlcədən planlaşdırılmış səhnəni xatırladan görüntülər izləyicilərin marağına səbəb olub.
Sosial mediada yayılan videoya çox sayda şərh gəlib. İstifadəçilər hadisəni “bütün zamanların ən təsirli nişan səhnələrindən biri” adlandırıblar.
Qeyd edək ki, Fueqo vulkanı Mərkəzi Amerikanın ən aktiv vulkanlarından biri hesab olunur.
- TuranBank beynəlxalq fondlardan yerli valyutada vəsait cəlb edib
- “Azərbaycandan qayıdandan sonra işlərim daha yaxşı gedib”
- Ağdamda məktəb Slovakiya Milli Qəhrəmanının adını daşıyacaq
- Media və Yayım Şurası yaradılır - Son oxunuş
- MM-in növbədənkənar sessiyasının son iclası başladı
- İlham Əliyev Makronu təbrik etdi
- Prezidentlər geniş tərkibdə görüşdü - Fotolar
- Lisey və gimnaziyalara müraciət müddəti uzadıldı