Prezident İlham Əliyev mayın 17-də Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçlə görüşüb.
“BUTA.TV” xəbər verir ki, Aleksandar Vuçiç BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının əhəmiyyətini vurğulayaraq, bu tədbirin Bakıda keçirilməsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı.
Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirdi.
Söhbət zamanı Azərbaycan Prezidentinin bu ilin fevralında Serbiyaya rəsmi səfəri məmnunluqla xatırlandı, bu səfər zamanı müzakirə olunmuş məsələlərin həyata keçirilməsi istiqamətində addımların atıldığı vurğulandı.
Dövlət başçılarının səfərlərinin, həmçinin müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin əməkdaşlığımızın genişləndirilməsi işində önəminə toxunuldu.
Siyasi əlaqələrimizin yüksək səviyyədə olduğu bildirilərək, iqtisadi, enerji, investisiyalar, birgə layihələrin icrası və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün yaxşı imkanların olduğu qeyd edildi.
Görüşdə xalqlarımızın yaxınlaşdırılması və turizm potensialımızın möhkəmləndirilməsi baxımından Serbiyanın “Airserbia” şirkətinin Belqrad-Bakı marşrutu üzrə birbaşa uçuşlar həyata keçirməsinin əhəmiyyətinə toxunuldu.
Dövlət başçıları qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi apardılar.



- Bakı-Şamaxı yolunun bir hissəsi çökdü - Video
- İlham Əliyev həmkarını Şuşada qarşıladı - Fotolar
- “Bizi “sıfır nöqtəsinə” geri sürükləməyə çalışırlar”
- 11 yaşlı oğlan çayda boğulub öldü
- “Hamı onun dəhşətli qumarbaz olduğunu bilirdi, gəlin, onu lənətləyək”
- Müharibə nə vaxt bitəcək? - Trampdan cavab
- Həmin epizoda görə ölümlə təhdid edilir - Fotolar
- İrana qarşı yeni hücum dalğası başa çatdı - Yenilənib