Bu gün Bakıda normadan artıq yağışlı hava şəraiti müşahidə olunub. Yağışlı hava Dünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) açılış gününə təsadüf etsə də, ictimai asayişin fasiləsiz qorunması təmin edilib.
“BUTA.TV” xəbər verir ki, hava şəraiti səbəbindən əsas güc polislərin üzərinə düşüb. Belə ki, yağıntı səbəbindən yaranan nəqliyyat sıxlığının aradan qaldırılması, tədbir iştirakçılarının təhlükəsiz və rahat hərəkəti üçün polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparıblar.
Yerüstü və yeraltı piyada keçidlərinə, giriş-çıxış istiqamətlərinə, eləcə də, nəqliyyat vasitələrinin parklanmasına nəzarət gücləndirilib. Tədbir iştirakçılarına istiqamətvermə, BOS ərazisinə buraxılış və hərəkətin tənzimlənməsi istiqamətində zəruri dəstək göstərilib.
İntensiv yağışın fəsadlarının qarşısının alınması məqsədilə koordinasiyalı fəaliyyət həyata keçirilib, suyun kənarlaşdırılması, təxliyə və xilasetmə tədbirlərinə dəstək üçün bütün mümkün vasitələrdən istifadə olunub.
Görülən qabaqlayıcı və operativ tədbirlər nəticəsində tədbir müddətində ictimai qayda, təhlükəsizlik və hərəkətin fasiləsizliyi təmin edilib.
- Bakı-Şamaxı yolunun bir hissəsi çökdü - Video
- İlham Əliyev həmkarını Şuşada qarşıladı - Fotolar
- “Bizi “sıfır nöqtəsinə” geri sürükləməyə çalışırlar”
- 11 yaşlı oğlan çayda boğulub öldü
- “Hamı onun dəhşətli qumarbaz olduğunu bilirdi, gəlin, onu lənətləyək”
- Müharibə nə vaxt bitəcək? - Trampdan cavab
- Həmin epizoda görə ölümlə təhdid edilir - Fotolar
- İrana qarşı yeni hücum dalğası başa çatdı - Yenilənib