“Hazırda hökumətin qarşısında duran vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır”.
“BUTA.TV” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində çıxışı zamanı deyib.
Dövlət başçısı Qarabağın və Şərqi Zəngəzurun 30 ilə yaxın Ermənistanın işğalı altında olduğunu xatırladaraq orada hərtərəfli miqyaslı dağıntılar olduğunu bildirib.
Ziyarətçilərin Ağdamı Xirosimaya bənzətdiklərini də vurğulayan Prezident qeyd edib: “Biz onu “Qafqazın Xirosiması” adlandırırıq, çünki şəhər demək olar ki, mövcud deyil”.
***
Dövlət başçısı qeyd edib ki, Azərbaycanda şəhərsalmanın inkişafı sürətlə gedir.
“Belə mühüm tədbir çərçivəsində bizim BMT-dən olan ekspertlərin dəstəyi və çoxsaylı qonaqların iştirakı ilə görüşümüz imkan yaradacaq ki, bir-birimizdən daha çox şey öyrənək, müsbət təcrübədən yararlanaq və həmçinin səhvlər haqqında danışaq”, - Prezident vurğulayıb.
- Lisey və gimnaziyalara müraciət müddəti uzadıldı
- Bakı-Şamaxı yolunun bir hissəsi çökdü - Video
- İlham Əliyev həmkarını Şuşada qarşıladı - Fotolar
- “Bizi “sıfır nöqtəsinə” geri sürükləməyə çalışırlar”
- 11 yaşlı oğlan çayda boğulub öldü
- “Hamı onun dəhşətli qumarbaz olduğunu bilirdi, gəlin, onu lənətləyək”
- Müharibə nə vaxt bitəcək? - Trampdan cavab
- Həmin epizoda görə ölümlə təhdid edilir - Fotolar