Mersində 6 nəfərin ölümünə səbəb olan silahlı hücum anları kameralara düşüb.
“BUTA.TV”nun xəbərinə görə, görüntülərdə şübhəlinin silahını çıxararaq insanlara atəş açması əksini tapıb.
Qeyd edək ki, hadisə Mersində bir şəxsin keçmiş həyat yoldaşını öldürməsindən sonra müxtəlif ünvanlarda silahlı hücumlar törətməsi ilə başlayıb. Hücumlarda ümumilikdə 6 nəfər ölüb, 8 nəfər yaralanıb.
Məlumata görə, Metin Ö. (37) Çamlıyayla rayonunun Darıpınarı məhəlləsində keçmiş həyat yoldaşı Arzu Özdeni (32) qətlə yetirib. Daha sonra qaçaraq Tarsus rayonuna gedib və Kadelli Dörtler məhəlləsindəki restorana silahlı hücum edib. Restoran sahibi Sabri Pan xəstəxanada, işçi Ahmet Ercan Can isə hadisə yerində həyatını itirib.
Şübhəli daha sonra Kaburgediği məhəlləsində heyvan otaran Yusuf Oktayı, Yeniköy məhəlləsində isə yanacaqdoldurma məntəqəsində işləyən yük maşını sürücüsü Abdullah Kocanı güllələyərək öldürüb. Yanacaqdoldurma məntəqəsinin işçisi Gökay Sefiloğlu da hücum zamanı həyatını itirib. Hücumlar nəticəsində 8 nəfərin də yaralandığı bildirilir.
Hadisədən sonra şübhəlinin istifadə etdiyi 01 B 9171 nömrə nişanlı avtomobil Karakütük məhəlləsinin kənd ərazisində tapılıb. Onun meşəyə qaçdığı ehtimal edilir və axtarışlar davam etdirilir. Axtarışlara polis helikopteri də cəlb edilib.
Hadisə zamanı ölən şəxslərin nəşləri Tarsus Dövlət Xəstəxanasının morquna aparılıb.
- Bakı-Şamaxı yolunun bir hissəsi çökdü - Video
- İlham Əliyev həmkarını Şuşada qarşıladı - Fotolar
- “Bizi “sıfır nöqtəsinə” geri sürükləməyə çalışırlar”
- 11 yaşlı oğlan çayda boğulub öldü
- “Hamı onun dəhşətli qumarbaz olduğunu bilirdi, gəlin, onu lənətləyək”
- Müharibə nə vaxt bitəcək? - Trampdan cavab
- Həmin epizoda görə ölümlə təhdid edilir - Fotolar
- İrana qarşı yeni hücum dalğası başa çatdı - Yenilənib