Son aylarla müqayisədə qızıl bazarında qiymət enişi müşahidə edilir. Hazırda qızılın bir qramının qiyməti əvvəlki dövrlə müqayisədə təxminən 60 manat düşüb.
BUTA.TV Milli.az-a istinadla xəbər verir ki, satıcılar alıcılar arasında ən çox marağın Türkiyə istehsalı olan qızıla yönəldiyini bildiriblər.
“Bu məhsulların bir qramı təxminən 175 manata təklif olunur. Eyni zamanda qızılın alış qiymətində də azalma var. Əvvəllər 170 manata alınan qızıl indi təxminən 130 manata qəbul edilir. Gümüş bazarında da oxşar ucuzlaşma müşahidə olunur", - məlumatda vurğulanıb.
Məsələ ilə bağlı ekspert Rəşad Həsənov bildirib ki, qiymətli metalların dəyərindəki dəyişikliklərə bir neçə amil təsir edir:
"Bunlara enerji və neft qiymətlərinin artması, inflyasiya səviyyəsinin yüksək qalması, həmçinin dollara olan tələbin yüksəlməsi daxildir".
Ekspertlərin fikrincə, yaxın dövr üçün qızıl və gümüş bazarında dəqiq qiymət proqnozu vermək çətindir. Çünki bazardakı qeyri-müəyyənlik qiymətlərin gələcəkdə necə dəyişəcəyinə dair gözləntiləri artırır.
- “Hamı onun dəhşətli qumarbaz olduğunu bilirdi, gəlin, onu lənətləyək”
- Müharibə nə vaxt bitəcək? - Trampdan cavab
- Həmin epizoda görə ölümlə təhdid edilir - Fotolar
- İrana qarşı yeni hücum dalğası başa çatdı - Yenilənib
- Bakı-Şamaxı yolu çökdü - Video
- “Mənə verdiyi suala görə vəzifəsindən azad edilib” - Qusmanı misal çəkdi+Video
- Ukraynanın Baş naziri istefa verdi
- “Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz - Qərar