“Yerli icra hakimiyyətləri ilə çox çətin işləyirik”.
“BUTA.TV” xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə məlumatının müzakirəsi zamanı bildirib.
“Hər il məişət zorakılığı ilə bağlı sorğular, hesabatlar alırıq. Bizə rayonlardan verilən statistikaya baxıram. Rayon aliment ödəməyən kişilərin sayını 0 göstərib. Demək ki, heç maraqlanmayıb. İcra hakimiyyəti ağlına gələn rəqəmi yazıb. Elə bir rayon varmı ki, orada aliment ödəməyən valideyn olmasın?! Belə bir şey yoxdur”, - deyə komitə sədrinin müavini qeyd edib.
***
Məsələyə Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova da münasibət bildirib. O qeyd edib ki, rayon rəhbərliyi problemli ailələri hamıdan yaxşı tanımalıdır: “Onlar artıq hamı tərəfindən tanınmış ailələrdir. Bu ailələr ayrı-ayrı qurumların nəzarətində olmalıdır. Hansısa ciddi problem olanda təcili formada yardım təşkil olunur. Biz gözləməli deyilik ki, ciddi faciə baş versin və sonra onunla məşğul olmağa başlayaq. Bunu hansısa bir qurumun üzərinə atmaq mümkün deyil. Burada hamımızın fəaliyyəti olmalıdır”.
Nuranə Daxilqızı
- “Hamı onun dəhşətli qumarbaz olduğunu bilirdi, gəlin, onu lənətləyək”
- Müharibə nə vaxt bitəcək? - Trampdan cavab
- Həmin epizoda görə ölümlə təhdid edilir - Fotolar
- İrana qarşı yeni hücum dalğası başa çatdı - Yenilənib
- Bakı-Şamaxı yolu çökdü - Video
- “Mənə verdiyi suala görə vəzifəsindən azad edilib” - Qusmanı misal çəkdi+Video
- Ukraynanın Baş naziri istefa verdi
- “Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz - Qərar