Aramsız yağan yağışlar nəticəsində Sumqayıt şəhərinin Niyazi küçəsində, su borularının keçdiyi hissədə yol çöküb.
BUTA.TV Bakupost.az-a istinadla xəbər verir ki, hadisə ilə əlaqədar ərazidə təmir-bərpa işlərinə başlanılıb və yol müvəqqəti olaraq nəqliyyatın hərəkətinə bağlanıb.
Qeyd edək ki, sözügedən istiqamət Bakıya hərəkət edən sürücülər tərəfindən ən intensiv istifadə olunan yollardan biridir.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, ərazidə magistral tullantı su xəttinin dəyişdirilməsi və yenilənməsi istiqamətində tikinti-quruculuq işləri icra olunur:
“İşlər müntəzəm davam etdirilir və yaxın vaxtlarda yekunlaşdırılacaq. Məqsəd dayanıqlı infrastuktur yenilənməsi olduğu üçün bu işlərin görülməsi zəruridir”.
Xatırladaq ki, bundan əvvəl də şəhərin 9-cu mikrorayon ərazisində və Üzeyir Hacıbəyli küçəsində avtomobil yolunda çökmə baş vermişdi.
- ABŞ İrana yenidən hücuma başladı
- Bakı-Şamaxı yolu çökdü - Video
- “Mənə verdiyi suala görə vəzifəsindən azad edilib” - Qusmanı misal çəkdi+Video
- Ukraynanın Baş naziri istefa verdi
- “Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz - Qərar
- “Atasına deyir ki, meyitini gətirin, əlimi sürtüm” - Gözdən əlil ananın fəryadı+Video
- TikTok Azərbaycanda 600 minə yaxın videonu sildi
- AQTA-dan bu məhsullarla bağlı çağırış