Beynəlxalq axtarışda olan 27 yaşlı Sənan Əsədzadə Misirin paytaxtı Qahirə şəhərində saxlanılıb.
“BUTA.TV” Bizim.media-ya istinadən xəbər verir ki, S.Əsədzadə barəsində ümumilikdə 17 epizod üzrə cinayət işi açılıb.
Xatırladaq ki, Daxili İşlər Nazirliyinin (DİN) 2025-ci ilin noyabrında yaydığı məlumata görə, onun vətəndaşlara qarşı ümumilikdə 412 min dollarlıq dələduzluq etdiyi müəyyən olunub və barəsində beynəlxalq axtarış elan edilib.
Belə ki, çox sayda vətəndaş Sənan Əsədzadənin xaricdən avtomobil gətirmək adı ilə onlardan vəsait aldığını, lakin maşınları təslim etmədiyini bildirərək şikayət etmişdi.
- ABŞ İrana yenidən hücuma başladı
- Bakı-Şamaxı yolu çökdü - Video
- “Mənə verdiyi suala görə vəzifəsindən azad edilib” - Qusmanı misal çəkdi+Video
- Ukraynanın Baş naziri istefa verdi
- “Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz - Qərar
- “Atasına deyir ki, meyitini gətirin, əlimi sürtüm” - Gözdən əlil ananın fəryadı+Video
- TikTok Azərbaycanda 600 minə yaxın videonu sildi
- AQTA-dan bu məhsullarla bağlı çağırış