Türkiyə millisinin futbolçusu Kerem Aktürkoğlu milli komandanın məşqi zamanı zədələnib.
“BUTA.TV” xəbər verir ki, 2026-cı il FIFA Dünya Çempionatına hazırlıq çərçivəsində keçirilən məşqdə futbolçular arasında ikitərəfli oyun zamanı Kerem Aktürkoğlu yerdə qalıb və məşqi davam etdirə bilməyib.
Hadisədən sonra meydançaya daxil olan tibbi heyət futbolçunun dizinə sarğı tətbiq edib. Yeriməkdə çətinlik çəkən Kerem daha sonra komanda yoldaşlarının və əməkdaşların köməyi ilə meydandan çıxarılıb.
Zədə alan milli futbolçunun göz yaşlarını saxlaya bilmədiyi görüntülərə əks olunub.
- ABŞ İrana yenidən hücuma başladı
- Bakı-Şamaxı yolu çökdü - Video
- “Mənə verdiyi suala görə vəzifəsindən azad edilib” - Qusmanı misal çəkdi+Video
- Ukraynanın Baş naziri istefa verdi
- “Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz - Qərar
- “Atasına deyir ki, meyitini gətirin, əlimi sürtüm” - Gözdən əlil ananın fəryadı+Video
- TikTok Azərbaycanda 600 minə yaxın videonu sildi
- AQTA-dan bu məhsullarla bağlı çağırış