Münxen “Bavariya”sının hücumçusu Harri Keyn 2025/2026-cı illər mövsümündə “Qızıl buts” (Golden Shoe) mükafatının qalibi olub.
“BUTA.TV” xəbər verir ki, 32 yaşlı ingiltərəli forvard Bundesliqada keçirdiyi 31 oyunda 36 qol vuraraq (72 xal) Avropanın ən yaxşı bombardiri adını qazanıb.
Reytinq cədvəlinin ikinci pilləsində İngiltərə Premyer Liqasında “Mançester Siti”nin heyətində 27 qola (54 xal) imza atan norveçli ulduz Erlinq Haaland qərarlaşıb. İlk üçlüyü isə İspaniya La Liqasında “Real Madrid”in heyətində 25 qol (50 xal) vuran Kilian Mbappe tamamlayıb.
Qeyd edək ki, bu, H. Keynin karyerası ərzində qazandığı ikinci “Qızıl buts” mükafatıdır. Təcrübəli hücumçu “Bavariya”da debüt etdiyi 2023/2024-cü illər mövsümündə də çempionatda eyni sayda – 36 qol vuraraq bu mükafata sahib çıxmışdı.
Şuşada Prezidentin iştirakı ilə Forum keçirildi - Video-Fotolar-Yenilənib
Onu da bildirək ki, ümumilikdə, ingilis hücumçu cari mövsümdə bütün turnirlər daxil olmaqla meydana çıxdığı 51 rəsmi matçda 61 qol və 7 məhsuldar ötürmə ilə yadda qalaraq inanılmaz bir performans nümayiş etdirib.
- ABŞ İrana yenidən hücuma başladı
- Bakı-Şamaxı yolu çökdü - Video
- “Mənə verdiyi suala görə vəzifəsindən azad edilib” - Qusmanı misal çəkdi+Video
- Ukraynanın Baş naziri istefa verdi
- “Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz - Qərar
- “Atasına deyir ki, meyitini gətirin, əlimi sürtüm” - Gözdən əlil ananın fəryadı+Video
- TikTok Azərbaycanda 600 minə yaxın videonu sildi
- AQTA-dan bu məhsullarla bağlı çağırış